Ermənistanda kütləvi həbslər başladı – Paşinyan müxalifətə qarşı hərəkətə keçdi

25.05.2024 - 15:47

Ermənistan hakimiyyəti kilsə və müxalifətin təşkilatçılığı ilə gözlənilən iğtişaşların qarşsını almaq üçün hərəkətə keçib. “Azpolitika” erməni mediasına istinadla xəbər verir ki, bir az əvvəl Qarabağda ləğv olunmuş qondarma rejimin bir neçə rəhbər nümayəndəsi həbs edilib, onlarn evlərində axtarış aparılıb.

Qeyd olunur ki, hüquq mühafizə orqanlarının əməkdaşları son günlər keşiş Baqrat Qalstanyanla təmas quran iş adamları və məmurları həbs etməyə başlayıb. Onlar dövlət çevrilişinə hazırlıqda ittiham edilirlər. Bu gün səhər Baş nazir Nikol Paşinyana yaxın “teleqram” kanallarının yaydığı məlumata görə, Baqrat Qasstanyan, eks-prezident Robert Köçəryan və daşnakların liderlərinin iştirakı ilə qapalı iclas keçirilib.

Məlumata görə, keşiş liderlik etdiyi “Tavuş hərəkatı” iflasa uğradığına görə, Koçaryan kölgədən çıxmağa və etirazlara rəhbərlik etməyə qərar verib. Paşinyana yaxın media yazır ki, siyasi müxalifət paytaxtda və iri şəhərlərdə təxribatlar törətməyə çalışacaq, əhalini hakimiyyəti devirməyə çağıracaq.

Baş nazir hazırda Azərbaycan sərhədinə gələrək 4 kənddə görüşlər keçirir. Erməni mediası yazır ki, vəziyyət kifayət qədər gərgindir və hüquq mühafizə orqanları hazır vəziyyətə gətirilib. Ermənistan hakimiyyəti əsas təhlükəni Baqrat Qalstanyanın elan etdiyi mitinqdə gözləyir. Bu aksiyada ölkənin müxtəlif bölgələrində xüsusi hazırlammış adamlar gətirilib, habelə son günlər Rusiya və başqa ölkələrdən xeyli sayda erməni İrəvana gəlib. Onların anti-hakimiyyət aksiyalarının əsas hərəkətverici qüvvəsi olacağı gözlənilir.

Dünən axşam saatlarında xalqa müraciət edən Nikol Paşinyan Azərbaycanla davam edən sülh prosesinin alternativinin olmadığını, kilsənin və müxalifətin dövlətin təhlükəsizliyə ağır zərbələr vurduğunu bəyan edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200609

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930