Kadırovdan Zelenskiyə qarşı növbəti həqarət

27.05.2024 - 15:11

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskinin müalicəyə ehtiyacı olduğunu bildirib. Musavat.com xəbər verir ki, bu barədə Life Shot Teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Çeçenistan lideri Zelenski üçün narkomaniyadan xilas ola biləcəyi bir çuxur qazmağı “təsvir edib”.
Zelenskiyə bu çuxurda yemək verilib-verilməyəcəyi soruşulduqda, Kadırov gülə-gülə cavab verib ki, siyasətçi pəhriz saxlamaq yoluyla özünə gətiriləcək.
Çeçenistan rəhbəri dəfələrlə Ukrayna prezidentinin ünvanına sərt ifadələr işlədib.
Keçən həftə Kadırov RT-yə müsahibəsində Zelenskini Çeçenistanda zirzəmiyə salmağı xəyal etdiyini söyləyib.
Çeçenistan rəhbəri onu da bildirib ki, Qərb Ukraynaya hansı silahı versə də, Rusiya xüsusi hərbi əməliyyatda qalib gələcək. Kadırovun sözlərinə görə, döyüşlər nə qədər uzun sürərsə, “şeytanlar bir o qədər az olar”.
Onu da qeyd edək ki, bir ildən çoxdur Avropa mətbuatında Kadırovun özünün narkotik maddələrdən asılılığı və səhhəti ilə bağlı “bir ayağının çuxurda olması” barədə yazılar dərc olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=200656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930