Şok iddia: “ABŞ fəal şəkildə Çinlə münaqişəyə hazırlaşır”

27.05.2024 - 15:48

ABŞ və Filippin dəniz piyadaları bir neçə qrup ilə helikopterdə Tayvanın cənub ucundan 100 mil (160 kilometr) uzaqlıqdakı kiçik adalara gəliblər. “The Wall Street Journal” xəbər verir ki, oradakı ABŞ ordusu Çinlə mümkün münaqişə üçün aktiv hazırlıqlara başlayıb.

Nəşr qeyd edib ki, ABŞ hərbçilərinin Çinə qarşı əməliyyata başlaya biləcəyi ucqar adalarda keçirilən təlimlər bir sıra problemləri üzə çıxarıb. Bu onunla bağlıdır ki, yalnız bəzi adalarda uçuş zolaqları, digərlərində isə yalnız helikopter meydançaları var. Həmçinin, adalarda radar sistemlərinin və raket batareyalarının daşınmasına imkan verən yaxşı yollar çox azdır.

Amma ən böyük problem dəniz piyadalarının adalar arasında səyahət etməsi üçün kiçik gəmilərin olmamasıdır. Helikopterlərlə hərəkət etmək isə çətindir, çünki onlar daha çox görünür və daha az yük daşıya bilirlər. Komandanlıq həmçinin Çinin təsirli raket arsenalına və bütün forma və ölçülərdə pilotsuz uçuş aparatlarına malik olmasından narahatdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=200666

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031