Parlament mühasirəyə alınacaq: Paşinyan binadadır

29.05.2024 - 11:28

Bu gün Ermənistanda qızğın siyasi hadisələrin olacağı gözlənilir. Publika.az xəbər verir ki, Ermənistan parlamentində 2023-cü ilin dövlət büdcəsinin icrası haqda hesabat müzakirə edilir.

İclasda Nikol Paşinyan və nazirlər də iştirak edirlər. Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi müxalifət hərəkatının parlamentə yürüş edəcəyi gözlənilir. Məlumatlara görə, müxalifət Paşinyan parlamentdə olduğu vaxt binanı mühasirəyə almağı planlaşdırır.

“Hraparak” nəşri isə yazır ki, hakimiyyət parlamentin mühasirəsinə qarşı bütün sərt addımları atacaq. Nəşrin iddiasına görə, artıq bununla bağlı tapşırıqlar verilib, bütün hökumət və güc strukturları bu ssenariyə hazırlaşır.

“Parlamentin ətrafında çoxsaylı polis qüvvələri toplaşıb. Binanın daxilində də nəzarət gücləndirilib. İclasda isə yalnız operatorlar və fotoqraflar iştirak edir, jurnalistlər iclas otağının yaxınlığına belə buraxılmayıb”, – nəşr qeyd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=200711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930