Əhali Xarkovdan ÇIXARILIR, 7 istiqamətdə AĞIR döyüşlər gedir…

29.05.2024 - 16:33

Xarkov vilayətinin qubernatoru Oleq Sinegqubov bildirib ki, cəbhəyanı ərazilərdən 11 mindən çox insan təxliyə edilib.Tribunainfo.az-ın xəbərinə görə, ümumilikdə Çuqevski, Xarkovski, Boqoduxovski rayonlarından 11 min 253 nəfər təxliyə edilib.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri Staritsa və Volçansk ərazilərində, həmçinin Sinkovka, Stepnaya Novoselovka, Drujelyubovka, Novoeqorovka və Nevskoye yaşayış məntəqələrində Rusiya ordusu ilə döyüşür. Vəziyyət gərgindir, lakin Ukrayna qoşunlarının nəzarətindədir. Hazırda Volçansk ərazisində döyüş gedir.
Rusiya ordusu aprelin sonundan Xarkovu mütəmadi olaraq atəşə tutmağa başlayıb və mayın 10-da rus ordusu Xarkov vilayətində hücuma keçib. Mayın 17-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Xarkov vilayətində müdafiə xəttinin qırılmadığını, lakin Rusiyanın döyüş zonasını demək olar ki, 70 km genişləndirdiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200754

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930