Putindən Qərbi sarsıdacaq döyüş bəyanatı
Rusiya prezidenti Vladimir Putin Fransanın Ukraynaya qoşun yeritmək cəhdindən çox sərt danışıb. Tribunainfo.az Haber7-yə istinadən xəbər verir ki, Putin “Bu, Avropada və dünyada ciddi münaqişəyə doğru bir addımdır. Bunu istəyirlər? Yaxşı o zaman”, – deyib.
Rusiya prezidenti Putin rəsmi təmaslar üçün səfər etdiyi Özbəkistanın paytaxtı Daşkənddə rus mətbuat mənsublarının suallarını cavablandırıb.
Fransanın Ukraynaya qoşun yeritmək cəhdindən danışan Putin, “Radioda davamlı olaraq ingilis, fransız və polyak dillərində söhbətlər eşidirik. Bilirik ki, muzdlu əsgərlər artıq oradadır”, – deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=200762