Gürcüstanda güclü zəlzələ oldu

04.06.2024 - 11:16

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib. Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

***

Gürcüstanın Raça – Leçxumi və Kvemo Svaneti diyarının Kvasi yaşayış məntəqəsində 4,7 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Qeyd olunub ki, yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələnin episentri ölkənin Kutaisi şəhərindən 76 km şimal-şərqdə olub. Eyni zamanda, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) zəlzələnin 5 maqnituda olduğunu açıqlayıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=201011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031