“30-40 nüvə silahı bəsdir, 10 dəqiqəyə yox edəcəyik” – ŞOK

04.06.2024 - 15:26

Polşada bazar günü keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində hakimiyyət Moskvanın səsverməyə müdaxilə cəhdlərindən ehtiyat edir. Ötən cümə günü Polşanın rəsmi xəbər agentliyi PAP hərbi səfərbərlik haqqında yalan xəbər dərc etdikdən sonra bu qorxular daha da artıb.

Polşa hökuməti dəfələrlə Moskvanı sabitliyi pozmağa çalışmaqda ittiham edib, Rusiya isə bunu təkzib edib.

Musavat.com xəbər verir ki, Rusiya Ukraynaya verdiyi dəstəyə görə Polşanı daim təhdid edərkən, Rusiya dövlət televiziyasında edilən çıxışlar eşidənləri dəhşətə gətirib.

Belə ki, Rusiya dövlət televiziyası “Rossiya 1” kanalında yayımlanan proqramda qonaqlar bu həftəsonu Avropa Parlamentinə seçkilər öncəsi Polşanın “10 dəqiqə” ərzində “30-40” nüvə silahı ilə məhv edilməsini açıq şəkildə müzakirə ediblər.

Rusiyalı hərbi ekspert Konstantin Sivkov verilişdə soyuqqanlı sözlər işlədib və “10-15 dəqiqəyə həm Polşa dövləti, həm də Polşa xalqı, həm də Polşa dili yox olacaq” deyib.

“Gəlin Polşaya baxaq. O, kiçik nüvə müharibəsi teatrına çevrilə biləcək ən real namizəddir. Orada 20 böyük şəhər varmı? Mən belə düşünmürəm. Hər şəhərə iki nüvə raketi ayırsaq, bu, cəmi 30-40 raket edər” – Rusiya donanmasının təqaüdçü zabiti Sivkov Ukraynanı dəstəkləyən Polşanı hədəfə alıb.

Avropa Parlamenti seçkiləri öncəsi Aİ-ni qorxutmaq istəyən hərbi ekspert əlavə edib: “Avropalılar bunu başa düşməlidirlər. Mən avropalıları nə etdikləri barədə düşünməyə çağırıram”.

Short URL: http://www.cumhuriyyet.net/?p=201018

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930