Paşinyana qarşı görüşün SENSASİON DETALLARI

05.06.2024 - 14:00

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bir neçə gün əvvəl revanşist “Vətən uğrunda” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanla Dzoraqbyurdakı evində görüş keçirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Hraparak” qəzeti görüşlə bağlı bəzi təfərrüatları yayıb.
“Məlum olub ki, Serj Sarkisyan erməni keşişə etirazı sona qədər dəstəkləyəcəklərini söyləyib. O qeyd edib ki, rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının son məqsədi baş nazir Nikol Paşinyandan yaxa qurtarmaqdır. Bundan sonra onun rəhbərlik etdiyi siyasi qüvvə hakimiyyət sisteminə qarışmayacaq. Baqrat Qalstanyan hərəkatın gələcək taktikası ilə bağlı öz baxışından danışıb. O, əvvəlcə proseslərin parlamentə daşınmasının, baş nazirə etimadsızlıq səsverməsinin tərəfdarı olduğunu, lakin hələlik küçə təzyiqlərini artıracağını bildirib.
Qeyd edək ki, Baqrat Qalstanyan etiraz hərəkatının başlamasına təxminən 15 gün qalmış Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb”, – deyə məlumatda bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201079

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930