Türkiyə 2008-də Qarabağla bağlı elə bir təklif irəli sürmüşdü ki… – ŞOK

06.06.2024 - 12:01

“2008-ci ildə Türkiyə İrəvana bildirdi ki, Ermənistan Azərbaycana cəmi iki rayonu qaytarsa, sərhədlər açılacaq”. Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Yervand Bozoyan deyib. O, Ankaranın iki rayonun qaytarılması müqabilində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razı olduğunu vurğulayıb, lakin sözügedən rayonların hansı olduğunu açıqlamayıb.
“Hazırda Qarabağ tam şəkildə Azərbaycanın nəzarətindədir və Qazaxın kəndləri təhvil verilir, lakin sərhədi açmırlar. Sülh gündəmi deyilən şey sırf Azərbaycanın bütün tələblərini yerinə yetirmək məqsədi güdür. Supergüclərdən heç bir dəstək almayan Ermənistan güzəştə gedir”, – Y.Bozoyan bildirib. Xatırladaq ki, 2008-2009-cu illərdə Türkiyə və Ermənistan arasında münasibətlərdə xeyli irəliləyiş olmuşdu. Hətta həmin dönəmdə Ermənistanın prezidenti olan Serjik Sərkisyan türkiyəli həmkarı Abdullah Güllə Bursada futbol maçı izləmişdi. Proseslər iki ölkə arasında sərhədlərin açılmasına qədər getsə də, sonradan Bakının mövqeyi səbəbindən rəsmi Ankara geri addım atmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=201125

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930