Ərdoğan Akşenerə vəzifə təklif edib? – ŞOK DETALLAR

06.06.2024 - 12:09

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan mərkəz-sağçı İYİ partiyanın sabiq sədri Meral Akşeneri qəbul edib. Modern.az-ın məlumatına görə, Beştəpədədəki Prezident sarayında keçirilən 40 dəqiqəlik görüş Türkiyə daxilində bir çoxları üçün “sürpriz” olub. Türkiyə Prezidentinin internet saytında ötən gün açıqlanan proqramda Akşenerlə görüş nəzərdə tutulmayıb. Görüş barədə məlumatı həmin gün səhər saatlarında Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.
Görüşdən sonra ictimaiyyətə açıqlama verilməyib. Türkiyənin siyasi kuluarlarında görüş ciddi rezonans doğurub. İYİ partiya rəsmiləri müxtəlif KİV-lərə açıqlamasında görüşün partiya adından deyil, fərdi qaydada baş tutduğunu bildiriblər. Sonuncu dəfə Türkiyənin keçmiş baş nazir Tansu Çillərin həyat yoldaşı Özer Uçuran Çillərin dəfn mərasimində görüntülənən Akşenerin Ərdoğanla sürpriz görüşündən sonra mətbuatda bir çox iddialar yayılıb. Türkiyə Prezidentinin ona vəzifə təklif etdiyi də yayılan iddialar arasındadır.
Türkiyə mətbuatında görüşün məsləhətləşmə xarakterli olduğu bildirilir. Partiya daxilində Akşenerə yaxın olan şəxslər Ərdoğanla Akşenerin tanışlığının çox keçmişə dayandığını və təcrübəli siyasətçi kimi onun belə görüşlər keçirməsinin normal qarşılanması lazım olduğunu bildiriblər. Görüşü hansı tərəfin tələb etdiyi hələlik bəlli olmasa da, Fahrettin Altunun açıqlaması Ərdoğanın komandasının bu görüşə verdiyi əhəmiyyətin göstəricisi kimi şərh edilib.
Meral Akşenerin rəhbərlik etdiyi İYİ Partiya martın 31-də keçirilən yerli seçkilərdə 3,77 faiz səslə Türkiyənin altıncı partiyası olub. Olduqca aşağı nəticə göstərən partiya seçkilərdən sonra qurultaya gedib və Akşener qurultayda yenidən sədr olmayıb. Onun əvəzinə Müsavat Dervişoğlu seçilib. Qurultaydan sonra Akşenerin siyasətdən getdiyi barədə xəbərlər yayılıb. Dervişoğlu dünən axşam saatlarında jurnalistlərə verdiyi açıqlamada Akşenerin Ərdoğanla görüşdən sonra ona zəng etdiyini bildirib. “Hörmətli sədrimiz səfərdən sonra mənə zəng edərək məlumat verdi. Ümumi olaraq Türkiyə haqqında danışdıqlarını bildirdilər”, – o qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201129

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930