İranın əyalət mollasının Təbrizə göndərilməsi xəbəri ETİRAZLA QARŞILANDI

06.06.2024 - 14:19

İranın ali rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və cümə imamı Seyid Həsən Amuli Təbrizə imam-cümə vəzifəsinə göndəriləcək. Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Həsən Amuli yaxın illərdə Tehranın cümə imamı da ola bilər. Ancaq onun Təbrizə təyinat alması ilə bağlı paylaşımdan sonra ərdəbillilər bunu sevinclə, təbrizlilər isə etirazla qarşılayıblar.

Belə ki, ərdəbilli media istifadəçiləri hökumət mollasının Azərbaycana və azərbaycanlılara qarşı münasibətinə görə, onun Güney Azərbaycanın tarixi şəhərindən uzaqlaşdırılmasından məmnunluqlarını ifadə ediblər.

Digər tərəfdən isə, təbrizlilər eyni səbəbdən Amulinin Güney Azərbaycanın paytaxtı sayılan Təbriz şəhərinə təyin olunmasını etirazla qarşılayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=201140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930