Putin Ərdoğanı hücumdan xəbərdar etdi: “Lütfən, ona deyin ki…”

06.06.2024 - 16:37

“Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə söhbəti zamanı mesaj göndərdiyi ölkələr arasında tərəfdaş adlandırdığı Türkiyə də olub”. Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Türkiyəyə mavi yanacaq ötürən qaz emalı stansiyasına Ukraynanın hücum cəhdindən danışan Kreml rəhbəri iki pilotsuz təyyarə vurduqlarını bildirib: “Putin üzünü görüşdə iştirak edən türkiyəli jurnalistə – “Anadolu” Agentliyinin redaktoruna tutaraq deyib: “Lütfən, dostumuz Prezident Ərdoğana bu faktları çatdırın. Qara dənizdə gəmiçilik sistemini qoruyan gəmilərə də davamlı olaraq pilotsuz təyyarələrlə hücumlar edilir”. Putin bununla sanki türkiyəli həmkarına demək istəyib ki, “Sizin Ukraynaya satdığınız pilotsuz uçuş aparatları özünüzə qarşı istifadə edilir”.
Politoloq Ukraynanın Türkiyənin xaricində başqa ölkələrdən də pilotsuz uçuş aparatları əldə etdiyini qeyd edib: “Ukraynanın özündə də dron istehsalı təkmilləşib. Ukrayna Türkiyənin enerji maraqlarına təhlükə yaradan həmlələr həyata keçirməz. Digər tərəfdən Kiyev Qara dənizdə Rusiyaya aid hərbi gəmilərin xaricində başqa dövlətlərin gəmilərinə hücum etmir. Ukrayna Rusiyanın hərbi gəmilərini batırmaqda davam edir. Putin Qara dənizdə vəziyyətin bu qədər gərgin olmağından narahatdırsa, müharibəni dayandırsın, ancaq onun belə bir istəyi yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201160

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930