Avropanın daha bir ölkəsi qəbiristanlıqları günəş enerjisi sahələrinə çevirir

10.06.2024 - 11:07

Avropanın daha bir ölkəsi qəbiristanlıqları günəş enerjisi sahələrinə çevirir. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniyanın Valensiya şəhərindəki qəbiristanlıqlar yaşıl enerji mərkəzlərinə çevirilir.
Məlumata görə, artıq məzarlıqlara minlərlə günəş paneli quraşdırılır: “Bura “Requiem in Power” layihəsi çərçivəsində təxminən 2,8 MVt elektrik enerjisi istehsal etmək gücünə malik İspaniyanın ən böyük şəhəri olacaq. Layihənin təfərrüatlarını əks etdirən Avropa Birliyinin məlumat hesabatına görə, Valensiyadakı qəbiristanlıqlara təxminən 7000 fotovoltaik panel quraşdırılıb. Buralar təmiz enerji istehsalı üçün çox geniş və əlverişlidir. Burada istehsal olunan enerji həm ictimai xidmətlərdə, həm də şəhər sakinlərinin evlərində istifadə olunacaq. Hesablamalara görə, layihə tam işə düşdükdən sonra hər il 140 tona qədər karbon emissiyasının qarşısı da alınacaq”.
Xatırladaq ki, bundan əvvəl Fransada qəbiristanlıqların bərpa olunan enerji mərkəzinə çevirilməsi layihəsinin icrasılna start verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930