Netanyahunun “Savaş kabineti” dağılır – İki nüfuzlu üzvü istefa verdi

10.06.2024 - 11:09

İsrailin hökuməti yanında Qəzzadakı müharibə ilə bağlı yaradılan Hərbi Şuranın (“Savaş Kabineti”) iki nüfuzlu üzvü istefa verib. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, istefa verənlərdən biri olan Benni Qantz İsrailin Qəzza zolağındakı savaşda gerçək qələbəyə baş nazir Binyamin Netanyahunun mane olduğunu iddia edib və hökumətin tam tərkibdə buraxılmasını tələb edib: “Netanyahu İsrailin həqiqi qələbəyə doğru irəliləməsinə mane olan əsas simadır. O, savaşı gerçəklərlə deyil, siyasi mülahizələrə əsaslanan qərarlarla aparır. O səbəbdən Netanyahunu mümkün qədər tez erkən seçkilərə çağırıram. Bu gün özümlə yanaşı, müdafiə naziri Yoav Gallantı da hökumətdən çəkilməyə dəvət edirəm”.

ABŞ prezidenti Co Baydenin irəli sürdüyü üç mərhələli sülh təklifini dəstəklədiyini bildirən Qantz Netanyahudan bu razılaşmaya nail olmaq üçün cəsarətli olmasını tələb edib.

Maraqlı budur ki, Qantzın istefasının mürəkkəbi qurumamış şuranı daha bir nüfuzlu sima tərk edib.

Belə ki, “Müharibə kabineti”nin üzvü, keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun Benni Qantzın ardınca baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi şuradan istefa verdiyi açıqlanıb.

İsrailin “Yediot Ahronot” qəzetinə məxsus sayt yazıb ki, Eyzenkot istefa məktubunu Netanyahuya təqdim edib.

O, Baş naziri gərəkli qərarfları vaxtında verməməkdə günahlandırıb: “Yaxud son zamanlar verdiyiniz qərarların ölkənin maraqlarına uyğun olmadığını gördük…”

Short URL: http://www.cumhuriyyet.net/?p=201224

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031