Rusiya Ermənistan üçün əhəmiyyətli olan dəmir yolunu BƏRPA ETDİ

15.06.2024 - 16:52

Rusiya Ermənistanla dünya ölkələri arasında dəmir yolu əlaqəsini bərpa edib, Ayrum-Sanain hissəsində qatarların hərəkəti açılıb. Musavat.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Çətin vaxtlarda Rusiya Ermənistan xalqının köməyinə gəldi və təbii fəlakət nəticəsində dağılmış Gürcüstanla dəmir yolu əlaqəsini rekord müddətdə bərpa etdi”, – deyə hökumətin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Qeyd edək ki, bu dəmir yolu Ermənistanı dünya ölkələri ilə birləşdirən yeganə dəmir yoludur və ölkəyə həyati əhəmiyyətli yüklərin çatdırılması üçün əsas kanaldır. Dəmir yolu mayın sonlarında Debed çayının məcrasından çıxması nəticəsində dağılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=201465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930