Erməni keşiş son döyüşə hazırlaşır: “bəraət olmayacaq”

15.06.2024 - 17:02

“Vətən uğrunda Tavuş” hərəkatı format olunandan sonra hərəkatın miqyası daha da genişlənəcək. APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkatın lideri, keşiş Baqrat Qalstanyan bildirib.

Ermənistandakı müxalif qüvvələrin lideri vurğulayıb ki, mübarizədə qeyri-ənənəvi üsul və strategiyalardan istifadə olunacaq. O, həmçinin, bütün ictimai-siyasi qüvvələri kütləvi etirazlara qoşulmağa çağırıb: “Bu, sonuncu çağırışdır. Çağırışa qoşulmayanlar üçün sonra bəraət olmayacaq”.

Keşişin sözlərinə görə, küçə mübarizəsinin strategiyası dəyişəcək. B. Qalstanyan yeni simaların da bu hərəkata qoşulacağını istisna etməyib.

İyunun 12-də baş verənlərə toxunan B. Qalstanyan bildirib ki, həmin hadisələrə görə, Baş nazir Nikol Paşinyan və tərəfdarları məsuliyyət daşıyır: “Həmin hadisələr onların nəyin bahasına olursa-olsun, vəzifələrini tərk etməyəcəyini göstərir”.

Xatırladaq ki, iyunun 12-də “Vətən uğrunda Tavuş” hərəkatının parlament binası qarşısında hakimiyyətin istefası tələbi ilə etiraz aksiyası zamanı polislə kütlə arasında toqquşma yaşanıb. Nəticədə 18 nəfər polis əməkdaşı da daxil olmaqla, ümumilikdə 101 nəfər xəsarət alıb.

Ermənistanın İstintaq Komitəsi faktla bağlı cinayət işi qaldırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201469

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031