Ermənistan Fələstin dövlətini tanıdı

21.06.2024 - 14:20

Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Rusiya mətbuatı xəbər verir ki, bəyanatda Ermənistanın Fələstin dövlətini rəsmən tanıdığı elan olunub. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Qəzzada humanitar vəziyyət və davam edən münaqişə beynəlxalq siyasi gündəmdə həllini gözləyən əsas məsələlərdən biridir: “Ermənistan Respublikası mülki infrastrukturların hədəfə alınmasını, mülki şəxslərə qarşı zorakılığı, silahlı münaqişə zamanı mülki şəxslərin girov və əsir götürülməsini qəti şəkildə rədd edir və onların ilkin şərt qoyulmadan azad edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tələblərinə qoşulur. Bundan əlavə, Ermənistan Respublikası sülh və sabitliyin bərqərar olmasında səmimi maraq göstərir. Biz müxtəlif beynəlxalq platformalarda həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə etmişik və İsrail-İsrail münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik. İnanırıq ki, bu, fələstinlilər və israillilər arasınd aillərdir davam edən münaqişənin yeganə həll yoludur.

Göstərilənlərə, beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=201586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031