Şahramanyanın xidməti avtomobili ƏLİNDƏN ALINDI – Narkotik SATIŞINA GÖRƏ

21.06.2024 - 15:31

Erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin qapılarını sındırıblar. Bu, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün edilib. Şahramanyanın avtomobili keçmiş qondarma qurumun İrəvandakı nümayəndəliyinin ərazisindən təxliyə edilib.
Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, xidməti avtomobilin müsadirəsi ilə bağlı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, təhlükəsizlik qüvvələrinin hərəkətləri qanunsuzdur.
Məlumata görə, avtomobil narkotik vasitələrin satışı və saxta nömrələrlə idarə olunması işi çərçivəsində götürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=201596

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031