Paşinyan diasporla müharibə vəziyyətində – “Böyük Ermənistan”ı darmadağın etdi

21.06.2024 - 16:20

“İrəvan hakimiyyəti erməni diasporu ilə münasibətlərini dağıdır”. Globalinfo.az xəbər verir ki, bunu BMT baş katibinin keçmiş müavini, Kiprdən olan erməni əsilli diplomat Benon Sevan deyib. Ermənistanın Kiprdəki səfiri Tiqran Mkrtçyanın Nikosiyadakı “Ermənistan xarici siyasətindəki çağırışlar” mövzusunda seminarına qatılan eks-diplomat burada İrəvanın nümayəndəsi ilə mübahisə edib. O, Paşinyan administrasiyasının Ermənistanı dağıtdığını deyib: “Rusiyada Ermənistandan çox erməni yaşayır və onlar ölkəyə böyük maliyyə töhfəsi verirlər. Lakin Paşinyan Ermənistana xaricdən hətta ən nüfuzlu erməni xadimlərinin gəlməyinə belə izin vermir, çünki onlar onun rejimini tənqid edirər. Paşinyan hökuməti artıq marionetkaya və proksi savaşlardakı alətə çevrilib”.
Buna qarşılıq olaraq səfir açıq şəkildə etiraf edib ki, İrəvan öz müdafiə qabiliyyətini gücləndirmək üçün Qərbdə özünə imkanlar axtarır. O, Ermənistanın bu yolu Rusiyanın II Qarabağ MÜharibəsində guya Azərbaycandan yana mövqe tutmasına görə seçib. Lakin Sevan Paşinyanın özünün Qarabağdan imtina etdiyini və Rusiyanın buna müdaxilə etmək imkanının olduğunu deyib. Qeyd edək ki, Ermənistan diasporu ilə Paşinyan hökuməti arasında gərginlik II Qarabağ müharibəsindən sonra açıq fazaya keçib. Paşinyanın xüsusilə Rusiyadakı erməni diasporu, Fransa və ABŞ-dakı Daşnaksütyun Partiyası nümayəndələri ilə münasibətləri çox pisdir.
Globalinfo.az bundan öncəki analitik məqalələrində dəfələrlə Paşinyan hökumətinin diaspora ilə gərginliyinin pik həddə çatacağının proqnozunu verib. Buna səbəb olaraq Paşinyanın 2021-ci ildən sonra hökumətin Ermənistana yanaşması məsələsində edilən dəyişikliklər, eləcə də Ermənistan dövlətinin diasporanın onu yox, onun diasporanı idarə etməsi istəyini göstərib. Bu da xüsusilə “böyük Ermənistan” “ideologiyasının” əsas müdafiəçisi daşnaklarla hökumət arasında vəziyyəti gərginləşdirib. Daşnaklar Paşinyanın “əsl Ermənistan” fikrinin illərdir ermənilər üçün təbliğ edilən ideologiyaya ən böyük zərbə sayırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=201602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930