Çin güllə atmadan Tayvanı qaytara bilər – Amerikalı analitiklər

23.06.2024 - 16:28

Çin bir güllə atmadan Tayvanı qaytara bilər. Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (The Center for Strategic and International Studies – CSIS) analitikləri yazıb. Qeyd olunub ki, öncə Pekin karantin elan edəcək və “boz zona” taktikasından istifadə edərək adanın limanlarına girişi qismən və ya tamamilə bloklayacaq. Bunun üçün Çin lazımi resurslara, yəni dünyanın ən böyük sahil mühafizə donanmasına malikdir.

Bu cür hərəkətlər həyati əhəmiyyətli məhsulların və bütövlükdə Tayvan iqtisadiyyatının tədarükünün tamamilə dayandırılmasına səbəb olacaqdır. Eyni zamanda, bu blokada və ya müharibə aktı sayılmayacaq və başqa ölkələr müdaxilə etməyə cəhd etsə, Pekin həmin ölkələri hərbi əməliyyatların təşəbbüskarı kimi qiymətləndirəcək. Digər variant isə Tayvana raket hücumları və adanın ətrafını minalamaqdır. Lakin Çin bu kimi halların beynəlxalq arenada nüfuzuna zərər vuracağından ehtiyat edir. Amma, hər cür ssenari diqqət mərkəzindədir.

 

Mərkəz hesab edir ki, karantin tətbiq etməyin üstünlüyü ondan ibarətdir ki, Çin Tayvan boğazına girişi bağlamağı və ya məhdudlaşdırmağı düşünməyəcək. Bu o deməkdir ki, ABŞ və müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq ən mühüm müdaxilə iddialarından birini itirə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=201655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930