Dağıstanda son durum: Çox sayda ölü və yaralı var, əyləncə tədbirləri ləğv edildi

24.06.2024 - 11:20

Mahaçqalada terrorçularla atışma nəticəsində 16 nəfər yaralanıb. Musavat.com xəbər verir ki, onlardan 13-nün polis əməkdaşı olduğu bildirilir, digər 3 nəfər isə mülki şəxslərdir. Yaralılar xəstəxanaya çatdırılıb. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Mahaçqala rəhbərliyi növbəti xəbərdarlığa qədər şəhərdəki bütün əyləncə tədbirlərinin ləğv edildiyini elan edib.

Eyni zamanda Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsinin başa çatdığı qeyd olunur.

Mülki itkilərlə bağlı ilk məlumata görə, Dərbənddə bir keşiş, Mahaçqalada isə kilsənin mühafizəçisi öldürülüb. Bundan əlavə, Dərbənddə sinaqoq mühafizəçisi həlak olub.

Mühafizəçinin öldüyü Mahaçqala kilsəsində 19 nəfər silahlılardan gizlənib. Teleqram kanalları onların girov saxlandıqlarını yazıblar, lakin bu məlumat təsdiqini tapmayıb, hamı kilsədən çıxarılıb.

Dağıstan Daxili İşlər Nazirliyinin son məlumatına görə, Mahaçqalada dörd silahlı məhv edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201669

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930