Paşinyandan etiraf: “Ermənistan xalqı sadəcə yaşamaq istəyir”

24.06.2024 - 11:49
“Ermənistan xalqı artıq döyüşmək, əziyyət çəkmək və özünü qurban vermək istəmir, sadəcə yaşamaq istəyir”. “Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz artıq döyüşmək, sağ qalmaq, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Bu, xalqdan elitaya və hakim çoxluq olaraq bizə bir mesajdır”, – deyən Paşinyan bildirib.
Onun sözlərinə görə, xalq elitadan soruşur ki, onlar sadəcə yaşamağa, uşaqların xoşbəxt və firavan yaşamalarına şərait yarada biləcəklərmi? Siyasətçi vurğulayıb ki, bu suala yalnız dövlət cavab verə bilər.
Baş nazir əlavə edib ki, Ermənistanda son etiraz hərəkatı xalqın əsl Ermənistana üstünlük verdiyi üçün uğursuzluğa düçar olub. Onun fikrincə, həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=201680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930