“Azərbaycan deyir ki” – Paşinyandan maraqlı açıqlamalar

24.06.2024 - 14:09

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə regiondakı qonşu ölkələrlə yaranmış düşmənçiliyə görə Ermənistanın əvvəlki hakimiyyətini günahlandırıb.

“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, hakim “Vətəndaş müqaviləsi” partiyasının toplantısında çıxış edən Paşinyan dolayısı ilə Ermənistanın 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüyünü və hazırda da buna görə cəzalandırıldığını etiraf edib: “Azərbaycan deyir ki, “sən məni 30 il yaşamağa qoymadın, mən də səni yaşamağa qoymayacağam”. Bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük çağırışdır”.

Əlbəttə ki, Paşinyanın bu açıqlaması həm də Azərbaycanı “şərləməyə” hesablanıb, çünki ölkəmiz bütün cinayətlərinə rəğmən Ermənistanı yaşatmamağa yox, sadəcə, beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq, hələ də erməni işğalında olan kəndlərimizin qaytarılmasını, ölkəmizə qarşı ərazi iddialarının erməni konstitusiyasından götürülməsini, ədalətli sülh müqaviləsinin bağlanmasını, sərhədlərin qarşılıqlı şəkildə tanınmasını istəyir. Paşinyan isə erməni cəmiyyətindəki revanşizm və qatı millətçilik meyllərindən qorxaraq, buna gedə bilmir.

Ardınca Paşinyan ad çəkməsə də, Rusiyanı nəzərdə tutaraq, deyib: “Hələ də böyük ölkələr, beynəlxalq oyunçular var, hansılar ki, bizə deyirlər: “Bir dəqiqə… Necə yəni, sən yaşamaq istəyirsən? Sən yaşayan xalqlardan deyilsən, zülm çəkən xalqsan, əziyyət çəkməlisən, xaricə köçməlisən, öldürülməlisən, döyüşməlisən və bütün bunları keçdikdən sonra gəlib xilas edilmək üçün mənə yalvarmalısan, mən də gəlib səni xilas etməliyəm ki, öldürülməyə davam edəsən və döyüşəsən”.

Paşinyan qeyd edib ki, ermənilərin hakimiyyətə mesajı odur ki, onlar əbədi döyüşmək yox, sadəcə, yaşamaq istəyirlər: “Partiyanın ideologiyası məhz belədir: həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşlarımızın yaşamaq, yaxşı yaşamaq istəyinə azadlıq vermək və bunu mümkün etmək. Çünki bizim cəmiyyətdə yaxşı yaşamaq istəyinə azadlıq vermirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201711

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031