İrəvanda separatçılar “ovlanır”: Şahramanyanın ofisinə hücum edildi – VİDEO

24.06.2024 - 16:23

Ermənistanda separatçılarla hakimiyyət arasında mübarizə kəskinləşib. Publika.az Ermənistan mediasına istinadən baş verənlərin detallarını təqdim edir.
İki həftə öncə Ermənistanın İstintaq Komitəsinin müstəntiqləri separatçıların İrəvana qaçan sonuncu “başçısı” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün onun əyləşdiyi “nümayəndəliyin” binasına gedib. Lakin Şahramanyan binada olmayıb. Məlumata görə, Ermənistan hökuməti separatçıların İrəvanda hələ də fəaliyyət göstərən qondarma “nümayəndəliyinin” binasını da onların əllərindən almaq istəyir.
Şahramanyan da öz növbəsində Paşinyana qarşı açıq mübarizəyə başlayıb. O, iyunun 13-də Xankəndinin keçmiş qondarma “meri” Davit Sarkisyanın məhkəməsinə gedib, çıxarkən jurnalistlərə açıqlamasında hakimiyyəti tənqid edib, Qarabağda baş verənlərə görə Paşinyanı günahlandırıb.
Onun bu açıqlamalarından 8 gün sonra İstintaq Komitəsinin müstəntiqləri xüsusi təyinatlı qüvvələrlə birlikdə yenidən qondarma “nümayəndəliyin” binasına gedib. Binanın qapıları bağlı olduğu üçün içəri girə bilməyiblər, lakin cəmi 7 dəqiqə gözləmədən sonra qapıları qıraraq, içəridəki avtomobili müsadirə ediblər.
Ermənistan hakimiyyətinə qarşı etirazlara liderlik edən “Vətən üçün Tavuş” hərəkatının rəhbəri, keşiş Baqrat Qalstyan isə buna cavab olaraq, öz avtomobilini Şahramanyana verib.
Bütün bu məlumatların mediadan maksimum gizlədildiyi deyilir. Mediaya sızan məlumatlar isə göstərir ki, İrəvanda separatçılarla hakimiyyət arasındakı mübarizə artıq fiziki mərhələyə keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930