Petrosyandan Sərkisyana nəsihət: Ağıllı ol…

30.03.2015 - 00:40

rrErmənistan soyqırımı adlandırdığı hadisələrin 100 illiyinə hazırlaşır. Bu mərasimin təntənəli keçməsi üçün bütün imkanlarını ortaya qoyur. Təbii ki, bu xatirə-matəm paradı ona görə təşkil olunur ki, prezident Sarkisyan dünyanın diqqətini 1915-ci ilin aprel ayında baş vermiş və ya verməmiş hadisələrə və ya xəyallara cəlb etsin.

Bu Ermənistan prezidentinin öz milləti qarşısında inoqurasiyavari bir işi də olacaq. Olduqca sərt, ərazi iddialarının əks olunduğu, Türkiyəni ittiham edən, onu soyqırımını tanımağa və bununla da tanımaqdan irəli gələn şərtləri yerinə yetirməyə çağıran bir çıxış gözlənilir. 1915-ci il hadisələrinin 100 illiyinə həsr olunmuş tədbirlərin əlaqələndirməsi üzrə dövlət komissiyasının iclasında ümumilli erməni deklorasiyası qəbul edilib. Bu sənədi bir nüsxəsi BMT-yə göndəriləcək. Yəqin ki, Sarkisyan həmin sənədi bir daha qonaq-qara qarşısında oxuyacaq. Ermənistan bu günü 100 ildi gözləyir… bu 100 il tənhalıq da ola bilər, əsrə bərabər bir gün də. Hələlik isə söhbət əsirə bərabərlikdən gedir. İddiası və hikkəsinin əsirinə bərabərlikdən.

Reallıq başqa mətləblər diqtə edir. Əslində bunu Ermənistanda Sarkisyandan yaxşı başa düşənlər var. Məsələn, Levon Ter-Petrosyan Sarkisyandan fərqli olaraq açıq etiraf edir ki, Ermənistan soyqırımına başqa aspektdən yanaşmalıdır. O, Türkiyə qarşısında erməni soyqırımının tanınması məsələsini ümumiyyətlə qoymamalı və bunu edib-etməməməyi Türkiyənin Daxili işi hesab etməlidir. Ermənistan Avropa Ölkələrinə müraciət etməlidir ki, Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması zamanı onun soyqırımı tanıması məsələsini bir şərt kimi irəli sürməsin. Türkiyə və Ermənistan əməkdaşlıqda maraqlıdır. Ona görə də Ermənistan Sürix protokolunun müddəlarına əsasən Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır. Bu müraciətdə Qarabağ münaaqişəsinə də toxunulur. Ter-Petrosyan bəyan edir ki, Ermənistan Madrid prinsipləri əsasında Dağlıq Qarabağ problemini həll etməlidir. Gördüyünüz kimi Ermənistan prezidentinə alternativ var. Həm təklif, həm şərt, həm də şəxs şəklində.

Və burda mənim ağlıma, daha doğrusu yadıma Sarkisyanın bu yaxınlarda Dağlıq Qarabağda olarkən öz silahlılarının qarşısındakı çıxışından bir parça düşür. O, demişdi ki, biz Azərbaycan əsgərlərinin hər bir hücumunun qabağını ala bilərik və Azərbaycan əsgərlərinin başını ilan başı kimi əzə bilərik. Məsələ burasındadır ki, bu hadisədən bira az sonra mən Azərbaycan televiziyası ilə transsilyasiya olan Muğam müsabiqəsinə baxırdım. Və orda bizim ifaçılarımızın birinin əlində qabal gördüm. Və ən qəribəsidə budur ki, qabal Anakonda dərisindən hazırlanmışdır. Bizdə Anakonda dərisindən qabal düzəldən oğullar var.

Short URL: http://www.cumhuriyyet.net/?p=20177

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031