Şoyqu və Gerasimovun həbsinə ORDER VERİLDİ

25.06.2024 - 16:22

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. Musavat.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Qeyd olunub ki, onlar Ukraynada mülki hədəflərə və şəxslərə hücumda ittiham olunur. Məhkəmə bəyanatında deyilir ki, Şoyqu və Gerasimov 2022-ci ilin oktyabrından 2023-cü ilin 9 martına qədər baş vermiş hadisələrə görə məsuliyyət daşıyır.
BCM hakimləri onları Ukraynanın enerji infrastrukturuna raket hücumları ilə bağlı cinayətlərdə şübhəli bilirlər. “Bu müddət ərzində Rusiya silahlı qüvvələri Ukraynanın bir çox bölgələrində elektrik stansiyalarına və yarımstansiyalarına çoxlu sayda hücumlar həyata keçirib”, – məhkəmənin mətbuat xidmətindən bildirilib.
BCM-nin Məhkəməyə qədərki Palatası hesab edir ki, bu cür hücumlar Ukraynanın mülki əhalisinə qarşı yönəlib və bu, hərbi cinayətdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=201799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930