MHP lideri meydan oxudu: “Bizimlə heç kəs aşıq ata bilməz”

26.06.2024 - 12:58

MHP lideri Dövlət Baxçalı bu gün Ankaranın Çankaya rayonunda sui-qəsd nəticəsində qətlə yetirilən keçmiş Ülkü Ocakları rəhbəri Sinan Ateşin iyulun 1-də başlayacaq ilk məhkəmə prosesi ilə bağlı meydan oxuyan bəyanat səsləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyanın deputatları görüşdə çıxış edən Baxçalı çox sərt mesajlar verib: “1 iyulda başlayacaq cinayət işi üzrə prosesi partiyamızla əlaqələndirmək üçün təkayaq üstə olanlar 40 yalan uydururlar. Kimin kiminlə nə iş çevridiyini çox yaxşı bilirik. Davamızın 3-5 çapulcunun keyfinə görə yarğılanmasına imkan vermərik. Ortalıqda gəzən kuklaların başlarının təhrikiylə MHP-yə və Ülkü Ocaqlarını kimsə sorğuya çəkə bilməz. Bizi udmağa çalışdıqlarını bilmədiyimizi düşünürlər?  MHP ilə aşıq atılmaz”.

İyulun 1-də keçiriləcək iclasda yalnız MHP-nin vəkillərinin iştirak edəcəyini bildirən Bacçalı deyib ki, bundan başqa MHP-dən orda kimsə olmayacaq: “Kim nə bilirsə, onu məhkəməyə təqdim etsin ki, hamısının boyunlarını arxasını görək. MHP və Ülkü Ocaklarını bu qətllə əlaqələndirməyə çalışanları  bağışlamayacağam, hesablaşacağam!”.

Qeuyd edək ki, MHP liderinin bu açıqlamaları partiyanın deputatları və funksionerləri tərəfindən ayaqüstə alqışlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=201848

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930