İrana dair danışıqlar: ABŞ və İsrail nə qərar qəbul edəcək?

26.06.2024 - 13:28

İsrail və ABŞ əvvəllər Ağ Ev tərəfindən ləğv edilmiş İranla bağlı görüş keçirmək qərarına gəliblər. Yenisabah.az “Axios”a istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbələr danışıb. İsrail və Amerika rəsmilərininn sözlərinə görə, görüşün dəqiq tarixi hələ müəyyən edilməyib. Onun iyulun ortalarında İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində iyulun 24-nə planlaşdırılan çıxışından əvvəl baş tutacağı gözlənilir. Milli təhlükəsizlik müşaviri Zaxi Haneqbi və strateji işlər naziri Ron Dermerin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün ABŞ-a gələcək.

2023-cü ilin martından İranla bağlı görüşlərin keçirilmədiyini xatırladır. ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, o vaxtdan bəri İranın nüvə proqramı ilə bağlı problemlər xeyli pisləşib.

İranla bağlı İsrail-ABŞ görüşü keçən Cümə axşamı keçirilməli idi, lakin Netanyahunun ABŞ prezidenti Co Bayden administrasiyasını İsrailə silah tədarükünü kəsməkdə günahlandıran videonu yaymasından sonra Ağ Ev tərəfindən ləğv edildi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201854

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031