“Planet qatili” Yer kürəsinə yaxınlaşır

26.06.2024 - 15:54

Alimlərin “planet qatili” adlandırdıqları böyük asteroid “2011 UL21” Yerə doğru hərəkət edir. Astronomların fikrincə, iyunun 27-də o, bizə 6,6 milyon kilometr məsafəyə qədər yaxınlaşacaq.
Qeyd olunub ki, bu asteroid son 125 ildə Yerə yaxınlaşan ən böyük asteroidlərdən biri hesab olunur. Asteroidin eni 1,7 – 3,9 kilometrdir. Bu, əvvəllər kəşf edilmiş Yerə yaxın asteroidlərin 99%-dən böyükdür. Bununla belə, “2011 UL21″in 66 milyon il əvvəl dinozavrları məhv etdiyi güman edilən asteroiddən təxminən beş dəfə kiçik olduğu hesab olunur. Nəzəri hesablamalara görə, Yerin 93 000 kilometr/saat sürətlə hərəkət edən belə bir asteroidlə toqquşması kontinental miqyasda fəsadlar törədə, eləcə də atmosferə iqlimi dəyişmək üçün kifayət qədər həcmdə süxur buraxa bilər. Teleskoplar vasitəsilə “2011 UL21″i ən yaxşı iyunun 28-dən 29-na keçən gecə müşahidə etmək mümkün olacaq. Asteroidin parlaqlığı Proksima Sentavra ilə müqayisə edilə biləcək dərəcədə olacaq.
“2011 UL21″in Yerə növbəti yaxınlaşması 2089-cu ildə proqnozlaşdırılır və bundan sonra asteroid cəmi 2,7 milyon kilometr məsafədə uçacaq.

Mənbə: mir24.tv

Short URL: http://www.cumhuriyyet.net/?p=201874

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031