Moskvadan növbəti Qarabağ açıqlaması: Başdan-ayağa yalandır!

27.06.2024 - 11:22

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı açıqlamaları başdan-ayağa yalandır. Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
“Cənab Qriqoryan Nikol Paşinyandan da böyük rusofobdur və bir sıra hallarda o, şefinin ağlına gələni öz dilində proqnozlaşdırır və ya ictimailəşdirir. Bu kontekstdə söhbət açıq-aşkar yalanlardan gedir”, – K.Zatulin bildirib.
Rusiyalı deputat qeyd edib ki, Qarabağ Ermənistanın Baş naziri Nikol Paşinyan üçün təkcə lazımsız deyil, həm də daxildə zərərlidir, ona görə də o, qərbli dostlarının yolunu seçib.
“O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə saldı, görünür, bu, onun Qərblə yeni dostluğunun şərti idi, çünki Qərbin Qarabağda Rusiya sülhməramlılarına ehtiyacı yoxdur. Gümrüdə Rusiya bazasının olması, görünür, növbəti suallardır və bunu cənab Paşinyanın tərəfdarları və özü heç bir halda gizlətmir”, – Zatulin vurğulayıb./Axar.az SE

Short URL: http://www.cumhuriyyet.net/?p=201899

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930