İsraillə Livan savaşın astanasında

27.06.2024 - 11:27

Ötən ilin oktyabr ayından Livandakı Hizbullah qüvvələri ilə İsrailin arasındakı qarşılıqlı atışma artıq aktiv müharibəyə keçid üzərdir. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq bu səbəbdən Almaniya və Niderland Livandakı vətəndaşlarından dərhal bu ölkəni tərk etmələrini tələb edib. Almaniya Xarici İşlər Nazirliyinin saytında yer alan xəbərdarlıqda təhlükəsizlik səbəbindən Livanla əsla səyahət etməmək bildirilib: “Livanda hər hansı səbəbdən olan Almaniya vətəndaşlarından isə dərhal oranı tərk etmələrini xahiş ediirk. Çünki bölgədəki təhlükəsizlik vəziyyəti hər an dəyişə bilər…”.
Niderland Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına oxşar xəbərdarlıq edib. Livanın rəsmi agentliyinin son xəbərinə görə, İsrail qüvvələri ötən sutka əl-Xiyam qəsəbəsindəki Mətal əl-Cəbəl bölgəsini fosfor bombaları ilə vurub. Bununla yanaşı, İsrail artilleriya bölmələri və döyüş təyyarələri Livanın cənubunda bir çox nöqtələrə intensiv zərbələr endirib.
Avropa İttifaqının Ali nümayəndəsi Josep Borrell isə yaranmış təhlükəli durumla bağlı bildirib ki, Livan, İsrail və region yeni bir müharibəyə tab gətirə bilməz: “Bundan Avropa İttiofaqı da təsirlənəcək. Aİ tərəfləri təmkinə dəvət edir…”
Onu da qeyd edək ki, Ərdoğan da az əvvəl partiyası ilə toplantıda İsrailin Livana göz dikdiyini bəyan edib. O, İsrailin sərhəd tanımamğında Qə\rbi günahlandırıb, İslam ölkələrini isə qətiyyətsizlikdə ittiham edib.
Xatırladaq ki, İsrail ordusu və Hizbullah 8 oktyabr 2023-cü ildən Livanın cənubunda və İsrailin şimalında qarşılıqlı hücumlarını davam etdirir. Bu toqquşmalarda indiyədək 347 Hizbullah üzvü, 63 Livan vətəndaşı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=201903

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930