Paşinyan: “Çox içdiyimiz üçün unuduruq”
“Məktəb çörəkçi, elektrikçi, santexnik üçün deyil, hətta müəllim, seçki məntəqəsi, direktor üçün də deyil, uşaq üçündür”. Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu bu gün, iyunun 27-də hökumətin növbəti iclasında Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, “Amma reallıqda bunun əksini görürük, uşaqlar sonuncu yerdədir və biz çox vaxt uşaqlara göstərilən xidmətləri de-yure olmasa da, tost səviyyəsində unuduruq, amma reallıqda gün ərzində çox içdiyimizə görə ertəsi günü unuduruq”, – Paşinyan bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=201923