Rusiyalı mühacirlər Putini devirmək üçün plan hazırladı

27.06.2024 - 14:10

Rusiyadan qaçaraq Avropada mühacir həyatı yaşayan rusiyalı siyasətçilər NATO-nun qarşıdan gələn sammiti üçün dəaliyyət planı hazırlayırlar. KONKRET.az Britaniyanın nüfuzlu “The Times” qəzetinə istinadla xəbər verir ki, plana qətllər, Rusiyada hərbi və siyasi sabitliyin pozulması daxildir.
“Keçmiş rusiyalı deputatlar NATO-nu sui-qəsd kampaniyasına dəstək verməyə çağırıblar. Mühacirətdə olan 60-dan çox siyasətçi bu həftə Varşavada Kremli devirmək üçün yeddi maddəlik planı müzakirə etmək üçün bir araya gəlib. Planda dövlət məmurlarının öldürülməsi, hakimiyyətin zorla dəyişdirilməsi cəhdləri də var. Sənəd həmçinin Qərbi Ukraynaya daha çox silah verməyə və Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyə çağırır.
İddia olunur ki, planın əsas müəllifləri keçmiş deputat İlya Ponomaryevdir. O, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb. İlya həmçinin fəaliyyəti Rusiyada qadağan olunmuş “Rusiya Azadlığı” təşkilatı ilə əlaqəlidir.
Ponomarev Rusiya Federasiyasını 2014-cü ildə tərk edib. Əvvəlcə ABŞ-da yaşayıb, sonra Kiyevə köçüb. O, 2022-ci ildə Rusiya Silahlı Qüvvələri haqqında ifşaedici məlumatlar yaydığına görə qiyabi həbs edilib.
Planın iyunun 9-11-də Vaşinqtonda baş tutacağı gözlənilən NATO-nun 75-ci sammitində təqdim ediləcəyi iddia edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=201927

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031