Qərb Rusiyanın silah istehsalının qarşısını ala bilməyib: HESABAT

27.06.2024 - 15:07

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın artilleriya mərmiləri, raketlər və pilotsuz təyyarələrin istehsalı kəskin şəkildə artıb. Musavat.com xəbər verir ki, bu barədə NBC News Kral Birləşmiş Xidmətlər İnstitutunun yeni hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Qərb sanksiyaları Rusiyanın silah istehsalına xələl gətirə bilməyib və Moskva hətta Ukraynaya qarşı müharibənin alovlanması üçün əsas silahların istehsalını artırmağa nail olub.

Sanksiya səylərinə Qərb hökumətlərinin həddən artıq ehtiyatlı qərar verməsi və müttəfiqlər arasında kəşfiyyat məlumatlarının mübadiləsində gecikmələrin mane olduğu bildirilir: “2021-ci ildə – Ukraynadakı Rusiya işğalından əvvəl Moskva ildə 56 X-101 qanadlı raket istehsal edib. Hesabata görə, ötən ilin sonuna istehsal sayı 460-a çatıb. Rusiyanın “İsgəndər” ballistik raketlərinin ehtiyatı da kəskin şəkildə artıb. Baxmayaraq ki, Rusiya döyüş meydanına çoxlu sayda raket atır, bundan əvvəl təxminən 50 ədəd idisə, indi 180-ə qədərdir”.

Bildirilir ki, ABŞ və Avropanın tədbirləri Moskvanın raket və dron istehsalında Rusiyanın asılı olduğu mikroelektronikaya çıxışını əngəlləyə bilməyib. Xüsusilə Rusiyada İrlandiya şirkəti tərəfindən istehsal olunan, bombaların planlaşdırılması dəstlərində istifadə olunan kifayət qədər antena ehtiyatı var: “Rusiyada silah istehsalının genişləndirilməsi Qərbin minlərlə sanksiyalarının səmərəsiz olduğunu açıq şəkildə nümayiş etdirir. Bir çox hökumət rəsmilərinin siyasi iradəsi ilə dəstəklənən Rusiyanın hərbi-sənaye istehsalına xələl gətirmək səyləri ciddi nəticə vermir”.

Hesabatın müəllifləri iddia edirlər ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri hələ də tədarükləri kəsə və ya Rusiya silahlarının istehsalı üçün lazım olan elektron komponentlərin, dəzgahların və xammalın qiymətini kəskin şəkildə artıra bilər.

Yada salaq ki, bundan əvvəl Rusiyanın ayda 90-a qədər müxtəlif tipli raket istehsal etdiyi və “İsgəndər” raketlərinin sayının xüsusilə artdığı bildirilirdi.

Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko b ildirib ki, “ümumiyyətlə, hazırda Rusiyanın ayda 85-90 ədəd müxtəlif tipli raketlər istehsal etdiyini göstərən məlumatlar var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031