AŞ PA-dan yeni qətnamə: Putin və ətrafı üçün xüsusi hərbi tribunal

28.06.2024 - 11:45

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 27-də Ukraynada törədilmiş hərbi cinayətlərlə bağlı Rusiya prezidenti Vladimir Putinin və Rusiya hərbi komandanlığının mühakiməsi üçün xüsusi tribunalın yaradılmasına çağıran qətnamə qəbul edib. Gununsesi.info xəbər verir ki, bu barədə məlumat AŞPA-nın saytında dərc olunub.Məlumatda deyilir ki, iyunun 27-də qəbul edilmiş üç qətnamə Vladimir Putin və onun generallarının Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb edilməsini, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və Moskvanın Ukraynanın milli kimliyini yox etmək niyyətinə qarşı mübarizəni nəzərdə tutur.
Bu da vurğulanır ki, xüsusi tribunalın yaradılması hüquqi əsas və siyasi legitimlik baxımından Rusiya rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün “ən yaxşı mümkün” variantdır. Bu da bildirilir ki, xüsusi tribunal Avropa Şurası və Ukrayna arasında razılaşma əsasında təşkil edilməlidir. AŞPA bir daha Rusiya aktivlərinin müsadirə olunmasına və onların Ukrayna üçün beynəlxalq kompensasiya fonduna verilməsinə çağırır. Ukraynalı deputat Yelizaveta Yaskonun hesabatı əsasında qəbul edilmiş ayrıca qətnamədə Rusiyaya qarşı mövcud sanksiyalardan yayınma yollarının bloklanması təklif edilir.
Xatırladaq bu ki, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) iyunun 25-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun və Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Qerasimovun həbslərinə order verib. Onlarin ikisi də Rusiyanın Ukraynaya qarşı müharibəsində hərbi cinayətlər törətməkdə ittiham edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=201975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930