İranda prezident seçkiləri ilə bağlı son sorğu – Azərbaycanlı namizəd birincidir

28.06.2024 - 12:57

İSPA rəy sorğusu mərkəzi prezident seçkiləri ilə bağlı keçirilən son sorğunun nəticələrini açıqlayıb. “AzPolitika” xəbər verir ki, sorğunun nəticələrinə görə, Təbriz şəhərini İran parlamentində təmsil edən güneyli millət vəkili Məsud Pezeşkianın reytinqi heyrətamiz şəkildə artıb və sorğuda iştirak edən respondentlərin əksəriyyəti prezident seçkilərində Məsud Pezeşkina səs vermək istədiklərini bildiriblər.
İSPA mərkəzinin “Seçkilər indi keçirilsəydi, prezidentliyə namizədlərdən hansına səs verərdiniz?” başlıqlı sorğusunda Məsud Pezeşkian 33,1% ilə ilk sırada yer alıb.

İkinci sırada 28,8% ilə İranın dini liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, üçüncü sırada isə 19,1% ilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qərarlaşıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=201999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930