Rusiya peyki 100-dən çox hissəyə parçalandı…

28.06.2024 - 15:18

Fəaliyyəti dayanmış Rusiya peyki orbitdə 100-dən çox hissəyə parçalanıb. Bu, Beynəlxalq Kosmik Stansiyadakı astronavtları təxminən bir saat sığınacaq axtarmağa məcbur edib. Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, “Reuters”-in yazdığına görə, bu barədə ABŞ kosmik agentlikləri məlumat yayıblar.
Məlumdur ki, Rusiyanın Yerin müşahidə peyki “RESURS-P1” bir neçə il əvvəl sıradan çıxıb. Onun çökməsinə nəyin səbəb olduğu dəqiq məlum deyil. “Orbitdə böyük parçalanmalar nadir hallarda olur, lakin kosmos genişzolaqlı internet və rabitədən tutmuş əsas naviqasiya xidmətlərinə, eləcə də artıq istifadə olunmayan peyklərə qədər Yerdəki gündəlik həyat üçün mühüm əhəmiyyət kəsb edən peyk şəbəkələri ilə sıxlaşdığından narahatlıq artır”,- materialda belə deyilir.
Analitiklər ehtimal edirlər ki, parçalanmanın səbəbi peykdəki hansısa problem ola bilər; məsələn, göyərtədə yanacaq qalığının partlayışa səbəb olması mümkündür. Düşən dağıntıları izləyən ABŞ Kosmik Komandanlığı digər peyklər üçün birbaşa təhlükə olmadığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202020

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031