Prezidentliyə namizədin məktubu İranı qarışdırdı: Türk şəhəri…

30.06.2024 - 11:34

Xaricdə fəaliyyət göstərən və şahçılara mənsub “Mənoto” telekanalı İran prezidentliyinə türk namizəd Məsud Pezeşkianı yenidən hədəf alıb. Globalinfo.az xəbər verir ki, bu barədə telekanalın sosial media hesabında paylaşım edilib.
“Pərviz Məhəmmədinin Nəqədədə (Sulduz) Məsud Pezikyanın seçki qərargahının rəhbəri təyin edilməsi barədə məktubunun dərci sosial şəbəkələrdə qəzəb dalğasına və mənfi reaksiyalara səbəb olub. Məktubda Nəqədə şəhəri əvəzinə millətçilər arasında məşhur olan addan istifadə olunub”, – paylaşımda yazılıb.
Qeyd edək ki, “Nəqədə” Qərbi Azərbaycan əyalətinin türklərlə kürdlər arasında mübahisə və münaqişə mövzusuna çevrilən şəhərlərindən biridir.
Şəhərin tarixi türkcə adı Sulduz olsa da, bu, sonradan dəyişdirilərək Nəqədə edilib.
Buna baxmayaraq azərbaycanlıların və İranda yaşayan türklərin əksəriyyəti şəhəri tarixi türk adı Sulduzla tanıyır, yazır və çağırırlar.
Məsud Pezeşkianın məktubunda “Nəqədə” əvəzinə Sulduz yazmasından ona qarşı istifadə edilir və prezidentliyə namizəd millətçilikdə günahlandırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=202060

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930