Putin Ermənistana görə Narışkini danladı: “Düşmənlərimizlə otururlar…”

30.06.2024 - 11:42

Rusiya Prezidenti Vladimir Putin Ermənistan ətrafında yaranmış vəziyyətə görə Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkini təxminən 10 dəqiqə danlayıb. Modern.az xəbər verir ki, bu barədə Kremlə yaxın teleqram kanalları məlumat yayıb Buna səbəb Qərb ölkələrinin Ermənistanla yaxınlaşması olub.
Kanal qeyd edir ki, İrəvan iyulda baş tutacaq NATO sammitinə öz nümayəndə heyətini Vaşinqtona göndərəcəyini təsdiqləyib. Putin bildirib ki, Xarici Kəşfiyyat Xidməti Qafqazda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmir. Putinin fikrincə, bu, Narışkinin şəxsi günahıdır.
Müzakirə zamanı Xarici Kəşfiyyat Xidmətinin rəisi NATO sammitinin əhəmiyyətsiz bir hadisə olduğunu izah etməyə çalışıb. “Amma indi Ermənistan bizim düşmənlərimizlə masa arxasında oturub, bu, faktiki olaraq bizim şş düşmənimizdir”, – Putin belə cavab verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930