Şri-Lanka Moskvadan Ukraynada döyüşən muzdlular üçün kompensasiya tələb edib

30.06.2024 - 12:29

“Şri Lanka vətəndaşları aldatma yolu ilə, yüksək əmək haqqı ödənilən iş, Rusiya vətəndaşlığı və digər imtiyazlar vəd edilməklə Ukrayna cəbhəsinə göndərilib…”

Şri-Lanka hakimiyyəti rusiyalı həmkarları ilə görüşdə bu ada ölkəsinin müqavilə üzrə Rusiya ordusunda xidmət edən həlak olmuş və yaralanmış vətəndaşlarına görə kompensasiya ödənilməsi məsələsini qaldırıb. Moderator.az xəbər verir ki, bu barədə “dw.com” nəşri məlumat verib. Məlumatda deyilir ki, görüş Şri-Lanka xarici işlər naziri Taraka Balasuriyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri zamanı baş tutub.

Rusiya paytaxtında Cənubi Asiyadan olan qonaqlar Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominlə görüşüb. Nümayəndə heyəti Rusiya ordusunun sıralarında olan və əlaqə yaratmaq mümkün olmayan Şri Lanka vətəndaşlarının vəziyyəti müzakirə edib. Müqavilələrin vaxtından öncə ləğv edilməsi məsələsi də qaldırılıb. Qonaqlar itkilərini də xatırladıb, Şri Lankanın 17 nəfər vətəndaşı Ukraynada Rusiya SQ tərkibində həlak olub. Öldürülən və yaralanan vətəndaşların qohumlarına kompensasiya ödənilməsi məsələsi də müzakirə edilib.

Görüş zamanı Şri Lanka nümayəndələri tərkibində hər iki tərəfin rəsmi şəxslərinin daxil ediləcəyi birgə işçi komitəsinin yaradılmasını təklif edib. Onlar müntəzəm görüşlərdə “ezamiyyətdə olan şrilankalıların” problemlərini müzakirə edəcək. Hər şeydən göründüyü kimi, hər iki tərəfi qane edəcək saziş əldə olunmayıb. Görüşün nəticələri olaraq müzakirə edilən məsələlər üzrə danışıqların davam etdirilməsi barədə qərar verilib. Maraqlıdır ki, Rusiya XİN bu görüş barədə məlumatında diqqəti ikitərəfli əməkdaşlığın digər aspektlərinə yönəldib.

“Görüş zamanı Rusiya-Şri Lanka gündəliyinin ən aktual məsələləri müzakirə edilib, o cümlədən siyasi və ticarət-iqtisadi sahələrdə ikitərəfli dialoqun dinamikasının qorunub saxlanılmasında hər iki tərəfin maraqlı olduğu vurğulanıb”, – Rusiya XİN məlumatında deyilir.

Bu ilin may ayında Şri Lanka hökuməti bu ölkə vətəndaşlarının Ukraynada döyüşən Rusiya SQ-nin sıralarına cəlb edilməsi ilə bağlı tədqiqata başlayıb. Kolombonun məlumatına görə, ən azı 17 nəfər həlak olub, daha 37 nəfər yaralanıb. Taraka Balasuriya bununla əlaqədar olaraq bəyan edib ki, Şri Lanka vətəndaşları aldatma yolu ilə Rusiya ordusuna cəlb edilib. Onlara cəbhəyə göndərilmələri ilə bağlı olmayan iş, buna görə yüksək əmək haqqı və o cümlədən Rusiya vətəndaşlığı verilməklə müxtəlif imtiyazlar vəd edilib.

Şri-Lanka XİN rəhbərinin sözlərinə görə, həmin məqamda nazirliyə 455 vətəndaşdan şikayət daxil olub, lakin müharibəyə cəlb edənlərin vicdansızcasına hərəkətləri ucbatından zərərçəkənlərin gerçək sayı çox ola bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=202079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930