“Egey yunan dənizidir” – Yunanıstandan Türkiyəni əsəbləşdirəcək açıqlama
Yunanıstan Müdafiə naziri Panos Kammenostan Türkiyəni qəzəbləndirəcək bir açıqlama verib.Cumhuriyyet.az avropa.info-ya istinadən xəbər verir ki, “Egey dənizi yunan dənizidir” deyən Kammenos, Türkiyə ilə aralarında mübahisəli torpaqların olmadığını, dənizlərin sərhədinin bəlli olduğunu bildirib.
ABŞ-da səfərdə olan yunan nazir Vaşinqtona Aralıq dənizinin şərqində qaz çıxarmaq üçün, əməkdaşlıq təklif edib.
Kammenos Türkiyə ilə aralarında olan mübahisəli ərazilərdən danışarkən sərt ifadələr işlədib. “Boz zonalar yoxdur, xəritələr üzərində qurulması istənən boz zonalar güllə qələmlərlə deyil, ancaq xalqların qanı ilə rənglənir”
Qeyd edək ki, Yunanıstanda hakimiyyətə gələn Syriza ilə koalisiya hökuməti quran “Müstəqil Yunanlar” partiyasının lideri olan Kammenos, millətçi görüşləri ilə tanınır.
Short URL: http://www.cumhuriyyet.net/?p=20208