İrəvanda qalmaqal: hindistanlını vəhşicəsinə döydülər, soyundurdular və pul tələb etdilər

30.06.2024 - 14:18

İrəvanda fövqəladə hadisə baş verib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə, əslində, iyun ayının 26-da törəməsinə rəğmən mətbuat onu bu gün işıqlandırıb. Həmin gün 17:30 radələrində Erebuni rayon polis şöbəsinə iki gün əvvəl Nar-Dos küçəsindəki evlərin birində əcnəbinin vəhşicəsinə döyülərək işgəncələrə məruz qalması barədə əməliyyat məlumatı daxil olub.

Polis həmçinin müəyyən edib ki, hadisə nəticəsində zərərçəkmiş İrəvan Tibb Mərkəzinə yerləşdirilib. Hindli vətəndaş oradan politravma diaqnozu ilə Heratsi adına 1 saylı Universitet Xəstəxanasına aparılıb. Polis qurbanın şəxsiyyətini də müəyyən edib: o, 43 yaşlı Hindistan vətəndaşı U.Kumardır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlum olub ki, zərərçəkmiş Kuldip Kumar Kaşmir Lal iyunun 24-dən Nar Dos küçəsindəki evlərdən birində kirayədə qalıb.

Orada iyunun 25-də saat 00:05-dən 01:00-a kimi Tinka və Mani adlı şəxslər onu döyüblər, bağlayıblar, cinsi təcavüz ediblər, cinsiyyət orqanını yandırıblar, çılpaq halda videoya çəkiblər, videonu ailəsinə göndəriblər və təqribən 2000 dolla rpul tələb ediblər. Bundan əlavə, onun şalvarının cibindən 500 ABŞ dolları oğurlayaraq adıçəkilən evin otaqlarından birində kilidləyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=202096

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930