İrandan sensasiya: Bu ölkəyə nüvə texnologiyasını ötürə bilər

01.07.2024 - 12:48

İraq İranın nüvə enerjisi sahəsində 50 illik təcrübəsindən faydalanmalıdır. Axar.az xəbər verir ki, bu barədə sözləri İranın dini lideri Seyid Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi deyib.
“İki ölkə – İraq və İran geosiyasi, geostrateji, geoiqtisadi və geomədəni baxımdan bir-birini tamamlayır. Hazırda İran universitetlərində 80 mindən çox iraqlı tələbə təhsil alır. İran müxtəlif elmlər, o cümlədən humanitar elmlər, texnologiya, iqtisadiyyat və müdafiə sahələrində yüksək biliyə malikdir və biz bu elmlərdə öz bilik və təcrübəmizi İraqa verməyə hazırıq. Nüvə enerjisi haqqında bilikləri genişləndirmək üçün indi atdığınız addımlardan məmnunam və sizi nüvə enerjisi sənayesində 50 illik təcrübəmizdən və tələbələrimizdən istifadə etməyə dəvət edirəm”, – Səfəvi Tehran Universal Universitetində İraqın təhsil naziri Naim əl-Abudinin də qatıldığı mərasimdəki çıxışında bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202133

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930