Baydeni kim əvəz edə bilər? – CNN

01.07.2024 - 13:00

Baydenin zəif debat performansı dərhal narahat olan demokratlarda onun prezidentlik “yarışını” tərk edib-etməyəcəyi ilə bağlı yeni suallar doğurub. Bununla belə, bu, asan proses olmayacaq, çünki o, artıq praymerizlərdə (bir partiya namizədinin seçildiyi ilkin seçki) seçicilərin böyük əksəriyyətinə malik demokratların ehtimal olunan namizədidir. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, praymeriz zamanı Bayden az müqavimətlə üzləşib: “İndiki praymeriz sistemi ötən əsrdə olduğu kimi partiya majoritarına yox, seçicilərə üstünlük verir. Bayden əksər praymerizlərdən sonra və ya hətta qurultay zamanı yarışdan çıxmaq qərarına gəlsə, ayrı-ayrı nümayəndələr partiyanın namizədini birbaşa qurultayda seçməli olacaqlar (virtual səsvermə də mümkündür). Demokrat Partiyası ştatlar üçün praymerizdə ayrılmış 3900-dən çox nümayəndənin seçilməsi üçün iyunun 22-nə qədər vaxt təyin etmişdi. Demək olar ki, hamısı indi Baydenə üstünlük verir.
Bu nümayəndələr nəinki Baydenə səs verəcəyini vəd edir, həm də onun kampaniyası tərəfindən dəstəklənirlər. Beləliklə, qurultay nümayəndələrinin əksəriyyəti yeni namizəd seçmək qərarına gəlsə də, bu, prezidentin tərəfdarlarının kütləvi şəkildə uzaqlaşmasına gətirib çıxaracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202137

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031