Türkiyədə xalq suriyalıları döyüb, qovur – Aksiyalar

02.07.2024 - 10:50

Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş suriyalılara hücum edib. Musavat.com “A haber”ə istinadən xəbər verir ki, gecə saatlarında etirazçılar onların yaşadığı və işlədiyi yerlərə daş parçaları atıb.

Son məlumatlara görə, Qaziantep şəhərində isə bir qrup aksiya iştirakçısı Suriya vətəndaşı olan gənci bıçaqlayıb. Aksiyada iştirak edənlər Türkiyədə məskunlaşan suriyalıların dərhal ölkədən çıxarılmasını tələb ediblər. Onlar suriyalıların əleyhinə şüarlar səsləndiriblər. Qeyd edilib ki, etirazlar artıq ölkənin digər şəhərlərinə – Adana və Urfaya da keçib.

İstanbuldakı aksiyalarda da suriyalılara məxsus ticarət obyektləri hücuma məruz qalıb. Aksiyada iştirak edənlər “Türkiyə türkdür, türk qalacaq!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, etirazlara Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoyması ilə bağlı yayılan xəbərlər səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=202176

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031