Seçki yarışında Baydeni Harris əvəz edə bilər

02.07.2024 - 15:28

ABŞ-nin vitse-prezidenti Kamala Harris, siyasi zəifliyinə baxmayaraq, hazırkı dövlət başçısı Co Baydenin seçki yarışından geri çəkiləcəyi təqdirdə onu əvəzləyəcək. Musavat.com xəbər verir ki, “The Wall Street Journal”da çıxan məqaləyə görə, hazırda ən çox ehtimal olunan namizəd Kamala Harrisdir.

Bildirilir ki, Harrisin reytinqi hazırkı prezidentin reytinqi qədər aşağı olsa da, o, qaradərili seçicilər və qadınlar arasında populyar olaraq qalır. Harrisin digər potensial demokrat namizədlər üzərində də əhəmiyyətli üstünlüyü var: o, Baydenin vitse-prezidentliyə namizədidir və Baayden yenidən seçilmək niyyətindən vaz keçərsə, seçki kampaniyasını maliyyələşdirmək üçün onun maliyyə vəsaitindən istifadə edə bilər.

Nəşrin məlumatına görə, Harris son vaxtlar Bayden administrasiyasında, o cümlədən milli təhlükəsizlik məsələlərində öz mövqeyini gücləndirməyə başlayıb. O, Ağ Ev rəsmilərini Qəzza zolağının humanitar problemlərinə daha çox diqqət yetirməyə və anklavda münaqişədən sonrakı həll planının hazırlanmasına diqqət yetirməyə çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=202216

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031