Avropa Parlamentində Rusiya tərəfdarı olan fraksiya formalaşır

03.07.2024 - 11:33

Avropa Parlamentində Rusiya ilə münasibətlərin normallaşması üçün fraksiya yaradılır. Avropa Parlamentinə seçilmiş sağ partiyalar yeni fraksiyanın yaradılması üzərində intensiv şəkildə çalışırlar. Həmin fraksiyanın fəaliyyəti Aİ-nin indiki siyasətinin, o cümlədən antirusiya sanksiyalarının əksinə yönələcək.
Rusiya mətbuatının yazdığına görə, bu barədə Macarıstanın “Bizim vətənimiz” sağ partiyasının sədri Laslo Torotskai məlumat verib.
Onun sözlərinə gözə, “Bizim vətənimiz”dən əlavə, koalisiyaya Almaniyanın “Almaniya üçün alternativ” (AdQ), Bolqarıstanın “Dirçəliş” partiyaları və digər müttəfiqlərin daxil olması gözlənilir.
Torotskai Aİ-nin indiki rəhbərliyinin siyasətinin, o cümlədən, Rusiyaya qarşı sanksiyalar qəbul edilməsinin Avropa üçün fəlakətli nəticələrə səbəb olduğunu bəyan edərək deyib: “Biz əlbəttə ki, bu siyasətin əleyhinə çıxış edəcəyik”.(hurriyyet.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=202248

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930