Avropada gündəmdə olan fəlakət senariləri – Dünyanı gözləyən sürprizlər

03.07.2024 - 15:52

Avropada gündəm ifrat sağçı partiyaların bir-bir hakimiyyətə gəlməsi, xüsusilə Fransa seçkiləri bütün dünyanı vəlvələyə salıb. KONKRET.az xəbər verir ki, Qərb mediasının manşetlərində günlərdir fəlakət senariləri danışılır. Bazar günü Fransada keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunda Marin Le Penin partiyasının rəhbərlik etdiyi ifrat sağçılar alyansı 33,15 faiz səslə birinci yeri tutub. İyulun 7-də keçiriləcək ikinci turda ifrat sağçıların birinci olacağı gözlənilir.

İkinci tura qədər ölkədə partiyalar arasında müttəfiqlik müharibələri gedir. Dünən verdiyi açıqlamada Le Pen Fransa prezidenti Emmanuel Makronu növbədənkənar ümumi seçkilər öncəsi yüksək səviyyəli dövlət məmurlarını təyin edərək “inzibati çevriliş” etməkdə ittiham edib. Fransada seçkilərdən əvvəl ifrat sağçılara qarşı nümayişlər keçirilir. Deyilənə görə, sözügedən siyasi təşkilat seçkidə qalib gəlsə, Avropanın digər ifrat sağçı partiyaları xeyli güclənəcək. İyun ayında ifrat sağçılar Avropa Parlamentinə seçkilərdə böyük qələbə qazanıblar.

Artıq Hollandiyada seçkilərdən 223 gün sonra irqçi və islamofob lider Geert Uildersin ifrat sağ mərkəzçi sağ koalisiya hökuməti quruldu. Keçmiş kəşfiyyat rəhbəri Dik Şof baş nazir oldu. Vildersin partiyası, ifrat sağçı qaçqınlar, səhiyyə, infrastruktur, xarici ticarət və iqtisadiyyat nazirliklərini ələ keçirdi. Almaniyada ictimaiyyət arasında hakim koalisiyaya inamın itməsi sürətlə artır.

Short URL: http://www.cumhuriyyet.net/?p=202272

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930