Almaniya səfiri Merih Demirala görə Türkiyə XİN-ə ÇAĞIRILDI

04.07.2024 - 10:53

Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə mediası xəbər verir ki, almaniyalı diplomat ölkəsinin daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində Bozqurd salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələbi ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub.

Türkiyə XİN UEFA-nın Merih Demirala qarşı araşdırma başlatmasını qəbuledilməz adlandırıb.

“Digər tərəfdən, Almaniya Federal Konstitusiyasını Müdafiə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda hər Bozqurd salamı verən şəxsin radikal sağçı adlandırıla bilməyəcəyi və Bozqurd işarəsinin Almaniyada qadağan olunmuş simvol olmadığı vurğulansa da, Merih Demirala qarşı Almaniyanın səlahiyyətli şəxsləri tərəfindən göstərilən reaksiyaların özü ksenofobiyadır.

Biz idman tədbirinin qeyd olunması zamanı heç kimin hədəf alınmadığı şəkildə tarixi və mədəni simvoldan istifadə edilməsinə siyasi motivli reaksiyanı pisləyirik”.//APA

Short URL: http://www.cumhuriyyet.net/?p=202278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031